DTX 7 min hərbçini mühasirədən necə çıxarıb? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

DTX 7 min hərbçini mühasirədən necə çıxarıb? - VİDEO

Maraqlı

09 Noyabr 2022 09:36 1166


Vətən Müharibəsi dönəmində Ermənistanın Gorusda yerləşən birinci ordu korpusu, bu ölkənin milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları və Hadrut divizyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün plan qurub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Xəzər TV”də yayımlanan “Qartal Zirvə”də sənədli filmində məlumat verilib.

“Bu üç qrup tərəfindən həyata keçirilən plana əsasən, maksimum dərəcədə Azərbaycan Müdafiə Nazirliyinin hardasa 3 briqadadan ibarət bölmələrinin Araz çayı boyunca dərinə buraxılması və onların üç istiqamətdə təminat yollarını kəsilməli idi. Mühasirəyə salmağın əsas məqsədi ondan ibarət idi ki, Silahlı Qüvvələrimizin irəliləməyinin qarşısı alınsın. Lakin bu plan əvvəlcədən ifşa olundu. Tərəfimizdən əməliyyat planları əldə edildi və bu barədə rəhbərliyə məruzə olundu. Nəticədə o istiqamətdə düşmənin özü mühasirəyə salındı” – sənədli filmdə Dövlət Təhlükəsizliyi Xidmətinin mənsubu bildirib.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!