DTX əməliyyat keçirir: Daha bir məmur saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

DTX əməliyyat keçirir: Daha bir məmur saxlanıldı

Maraqlı

16 Noyabr 2022 11:54 10976


Hazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.

Yenisabah.az AZfront-a istinadən xəbər verir ki, DTX-nın keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb. İlkin məlumata görə, o, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır. D.Atakişiyev külli miqdarda rüşvət almaqda şübhəli bilinir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!