DTX FHN-nin sabiq əməkdaşlarını həbs etdi

saytların hazırlanması

Evə çatdırılma

DTX FHN-nin sabiq əməkdaşlarını həbs etdi

Kriminal

21 May 2020 22:11 5499


Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşları həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun mətbuat xidmətlərinin Dövlət Sərhəd Xidmətində həyata keçirilən əməliyyatla bağlı yaydığı birgə məlumatında qeyd edilib.

Bildirilib ki, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırıb. pizza sifarişi

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!