Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən mədəniyyət nazirinin sabiq müavini Zakir Sultanovun məhkəməsi başlayıb.
Yenisabah.az xəbər verir ki, hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi baş tutub. Anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyunun 1-nə təyin edilib. Dominos pizza
Xatırladaq ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin müavini olan Zakir Sultanov tikinti işləri üçün ayrılan pullardan milyonluq “otkat”lar almaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir./Qafqazinfo/
Telegram kanalımız