DTX məhkəmənin ölmüş elan etdiyi terrorçunu tutub ölkəyə gətirdi

saytların hazırlanması

Evə çatdırılma

DTX məhkəmənin ölmüş elan etdiyi terrorçunu tutub ölkəyə gətirdi

Maraqlı

13 Mart 2023 16:03 1078


2023-cü ilin mart ayında İŞİD terror təşkilatının Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak edən üzvlərindən Salayev Şahin Yadigar oğlunun məhkəmə prosesi keçirilib.

Yenisabah.az Oxu-ya istinadla xəbər verir ki, Şahin Salayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işində bir sıra maraqlı məqamlar var.

2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ələ keçirilərək Azərbaycana gətirilən, Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Şahin Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan olunub. Marqarita pizza

Hazırda “sənəd üzərində ölmüş” olan Şahin Salayev tutulduğu cinayət işi üzrə həbs tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, hakimin suallarını cavablandırmaqdan imtina edərək dünyəvi dövlətin məhkəmələrini tanımadığını deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!