DTX-nın adından istifadə edən şəxslə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

DTX-nın adından istifadə edən şəxslə bağlı qərar verildi

Kriminal

24 Avqust 2022 10:51 1834


Bakıda DTX-nın adından istifadə edərək külli miqdarda pul mənimsəyən şəxsin məhkəməsi başa çatıb.

“Yeni Sabah”ın məlumatına görə, hadisə 2021-ci avqustunda Binəqədi rayonunda baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Oruc Ələsgərli (soyadlar şərtidir) yaşadığı binanın altında yerləşən “Cavad” marketə gedərkən orada marketdə çalışan Nərmin Qurbanova və anası Familə Qurbanova ilə aralarında səmimi münasibət yaranıb.  Dominos pizza

Söhbət zamanı Nərmin ali təhsilli olduğunu, habelə ondan onu harasa işə düzəldə bilib-bilməyəcəyini soruşub. Marketin Nərminin ailəsinə aid olduğunu öyrənən Oruc onların pullarının çox ola biləcəyini düşünərək dələduzluq yolu ilə pul mənimsəmək qərarına gəlib.   

Bu məqsədlə də o, guya özünün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini deyib və guya Dövlət Təhlükəsizlik Xidmətində hazırda maliyyəçi yerinin boş olmasını bildirib, Nərmini həmin işə düzəltməyi təklif edib. Həmçinin Nərminə həmin işə zabit kimi 7.000 manata, gizir kimi isə 5.000 manata düzəldə biləcəyini bildirib. 

Bundan bir neçə gün sonra o, «Cavad» marketə gedən zaman Nərmin ailəsi ilə məsləhətləşdiyini və zabit kimi həmin işə düzəlmək istədiyini deyib. O da Nərminə verəcəyi 7.000 manatdan əlavə də digər sənədləşmə işləri üçün pul lazım olacağını deyib və razılaşıblar. 

26 avqust 2021-ci il tarixdə Nərmin və anası onu marketə dəvət edib və ona 7.000 manat məbləğində pul, Nərminə məxsus şəxsiyyət vəsiqəsi, diplom və Familənin özünə məxsus şəxsiyyət vəsiqəsi olan ağ rəngli sellofan torbanı ona veriblər. O isə bir ay müddətində Nərmin barəsində araşdırma aparılacağını, bundan sonra digər sənədlər toplanacağını və işə qəbulun baş tutacağını deyib. 

Bundan iki həftə sonra Oruc yenidən marketə gedib, vəsiqə və diplomları qaytararaq digər sənədlərin toplanması üçün əlavə pul vermələrini deyib. Beləcə 19 sentyabra qədər əlavə 3000 manat da alaraq ailədən ümumilikdə 10.000 manat pul mənimsəyib. 

Lakin onun Nərminə söz verdiyi müddət bitdiyindən ondan işin nə yerdə olduğunu soruşduqda, o, Nərminə hər dəfə bu gün-sabah deyərək aldatmağa başlayıb. Bu səbəbdən o, bir daha “Cavad” marketə getməyərək, zənglərinə cavab verməyib və nömrəsini söndürüb. Sonradan Nərmin onun barəsində ərizə ilə Binəqədi RPİ-yə müraciət edib.

Faktla bağlı Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən O.Ələsgərli ifadəsində qız övladının doğum xərcləri və yığılmış borcları ilə əlaqədar təxminən 10.000 manat pula ehtiyacı olduğunu deyib: “Əməlimdən peşmanam, hal-hazırda dəymiş ziyanı tam olaraq ödəmişəm”.

Zərərçəkmiş şəxs, N. Qurbanova da ifadəsində Orucun ona vurduğu maddi ziyanı tam olaraq ödədiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsini xahiş edib. 

Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!