DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu - Foto

Siyasət

30 İyul 2020 19:36 4668


Xəbər verdiyimiz kimi, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev 13 may 2020-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib. 

Yenisabah.az xəbər verir ki, general-leytenant Əfqan Nağıyev bu ilin fevral ayından DSX Sahil Mühafizəsi xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra, onun yerinə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev təyin olunub. 

Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev vəzifəsindən azad olunaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib.  Dominos pizza

DSX-nin mətbuat katibi Rövşən Cahangirov “MediaPost”un sorğusuna cavab olaraq təyinatları təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!