DTX-nin həbs etdiyi XİN-in sabiq şöbə rəisindən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

DTX-nin həbs etdiyi XİN-in sabiq şöbə rəisindən xəbər var

Kriminal

10 Sentyabr 2020 11:07 817


Dövlət Təhlükəzsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Yenisabah.az-ın məlumatına görə, vəsatətə Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin icraatında bu gün baxılması gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. pizza mizza

Səbail Rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!