“DTX-nın seyfində məmurlarla bağlı kifayət qədər məlumatlar var” - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“DTX-nın seyfində məmurlarla bağlı kifayət qədər məlumatlar var” - Açıqlama

Kriminal

08 May 2020 22:06 2208


“Korrupsioner məmurlarla mübarizə prosesi ciddi, sistemli şəkildə davam etdirilir. Onlar qanunsuzluqlarını, bu əməllərlə yığdığı pulları gizlədə bilməyəcəklər”.

Yenisabah.az xəbər verir ki, bunu korrupsiya hallarına yol verən məmurlar haqqında danışarkən deputat Fəzail Ağamalı deyib. Deputatın fikrincə, Dövlət Təhlükəsizlik Xidmətinin seyfində rüşvətxor məmurlarla bağlı kifayət qədər məlumatlar var:

“Xalqın malına göz dikən, dövlətin vəsaitini dağıdan məmurlar təbii ki, özlərinin layiq olduğu cəzanı alacaqlar. Marqarita pizza

Ayrı-ayrı yüksək vəzifəli məmurların heç də hamısını bu kateqoriyaya aid etmək olmaz. Vicdanı təmiz, əməli saleh, bütün varlığı ilə millətinə bağlı olan, hər hansı korrupsiya və rüşvətxorluqda adı hallanmayan məmurlarımız var. Biz onları qanunsuzluğa yol verən məmurlarla eyniləşdirməməliyik. Müəyyən məhdud xarakterli müşahidələrə, məlumatlara görə, əməliyyat-axtarış prosesi davam edəcək. Biz rüşvətxorluqla məşğul olan, fəaliyyətində qanunsuzluqlara yol verən məmurların vəzifədən kənarlaşdırılmasını, cinayət məsuliyyətinə cəlb edilməsini bundan sonra da görəcəyik”.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!