DTX-nın tutduğu dəstə bu məmurların intim videosunu yaymaq istəyib- ADLAR

saytların hazırlanması

Evə çatdırılma

DTX-nın tutduğu dəstə bu məmurların intim videosunu yaymaq istəyib- ADLAR

Kriminal

24 Dekabr 2021 11:54 17226


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb.

“Yeni Sabah” "Unikal"a sitainadən xəbər verir ki, bir müddət əvvəl şantaj edilən azərbaycanlılar arasında vəzifəli şəxslər də olub. 

Onlardan biri YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovdur. Onun qadınla videogörüntülü danışığı və intim hərəkətlər etməsi bir müddət öncə sosial şəbəkələrdə yayılmışdı. Məlum hadisədən sonra o, YAP-nin iclası zamanı verilən qərarla Binəqədi rayon təşkilatının sədri vəzifəsindən azad olunub.  pizza mizza

Sözügedən dəstənin "qurbanı" olan digər şəxs isə Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Qeyd edək ki, bu barədə o, özünün "Twitter" səhifəsində şantaj edildiyini açıqlamışdı. 

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyevin də pornoqrafik videosu yayılmışdı. 

Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirlinin intim videosu kiber cinayətkarlar tərəfindən yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • rəcəbov yamən
    Intim münasibətlər dörd divar arasında bağlı qapı arxasında olur. bunun şou kinosu necə kənara çıxa bilər .Az yalan yazın. Xalqı aşağılamaqdan əl ıkin. Vicdanınız olsun.
    4 years ago