DTX-nin tutduğu rəis həbsdən buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

DTX-nin tutduğu rəis həbsdən buraxıldı

Kriminal

23 Sentyabr 2020 11:48 1161


Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Yenisabah.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, onun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.

Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb. Dominos pizza

F.Bağırov külli miqdarda rüşvət almaqda ittiham edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!