Dubay şokoladı belə hazırlanır – İnanılmaz açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dubay şokoladı belə hazırlanır – İnanılmaz açıqlama

Dünya

24 Oktyabr 2024 15:50 2413


Son vaxtlar bütün dünyada trend olan qidalardan biri də Dubay şokoladıdır. Xarici görünüşü bir çox insanda mənfi təəssurat yaratsa da, bu şirniyyatları dadmaq üçün onun vətəninə - Birləşmiş Ərəb Əmirliklərinə gedənlər də az deyil.

Yenisabah.az həmin şokaladın necə hazırlandığını araşdırıb.

Bir çox insan üçün Dubay şokoladının tərkibi olduqca maraqlıdır. Bu şirniyyatın resepti şokolad, üyüdülmüş püstə və xəmir hissəciklərindən ibarətdir.  pizza mizza

Bu məhsulun kəşf edilmə hekayəsi isə bir qədər maraqlıdır. Belə ki, Dubay şokoladı Dubayın ənənəvi deserti deyil. 2021-ci ildə icad edilmişdir. Bu yeni şokolad trendinin arxasında “Fix Dessert Chocolatier” adlı mağaza dayanır. Dubay şokoladı bu mağaza ilə ortaya çıxıb. FIX 2021-ci ildə yaradılıb. Lakin bu desert bu ilin fevral ayından dünyanı bürüməyə başlayıb. Yalnız Dubayda mövcud olsa da, bu dünyada bir çox maraqlı şəxslərin sınadığı və digər markaların kopyalayaraq oxşar versiyalarını yaratdıqları bir reseptə çevrildi. Hətta şokolad indi o qədər populyarlaşıb ki, turistlər yalnız orijinal şokoladdan bir parça almaq üçün Dubaya uçurlar.

Fix-in təsisçisi Britaniyalı Misirli Sara Hamoudadır. 9 ildir Dubayda yaşayan 38 yaşlı Hamouda hamiləliyi zamanı ərinin ona gətirdiyi şokolad və şirniyyatlardan razı qalmadığı üçün adi şokolad əvəzinə daha özəl bir şey istədiyini bildirib və nəticədə sözügedən məhsul hazırlanıb.

Sözügedən şokolad artıq dünyanın bir çox ölkəsində geniş yayılıb. BƏƏ rəsmiləri Dubay şokoladının ölkəyə xeyli turist cəlb etdiyini bildirir. Onlar yaxın gələcəkdə bunu ölkənin simvoluna çevirəcəklərini deyir.

Şeyla Şəmsiyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!