Dubaydan 149 Azərbaycan vətəndaşı gətirildi - Fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Dubaydan 149 Azərbaycan vətəndaşı gətirildi - Fotolar 

Sosial

28 Aprel 2020 15:54 738


Azərbaycan hökuməti COVID-19 pandemiyası dövründə xaricdə qalan vətəndaşlarımızın vətənə qayıdışının təmin olunmasını davam etdirir.

Yenisabah.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında da hava əlaqəsi müvəqqəti dayandırıldığından 149 Azərbaycan vətəndaşının Dubaydan ölkəmizə gətirilməsi təşkil olunub.  Azərbaycana gələn bütün sərnişinlər müvafiq sanitar-epidemioloji qaydalara uyğun olaraq karantinə yerləşdirilib.

COVID-19 ilə əlaqədar dünyada tətbiq edilən xüsusi karantin rejimi dövründə xarici ölkələrdən vətənə qayıda bilməyən vətəndaşlarımızın Azərbaycana gətirilməsi bundan sonra da davam etdiriləcək. pizza

Qeyd edək ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşının ölkəyə qayıtması təmin edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!