Duet ortağı ilə barışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Duet ortağı ilə barışdı - Video

Şou

04 Aprel 2024 14:10 748


Əməkdar artist Sahib İbrahimov qalmaqal yaşadığı duet ortağı ilə barışıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, sənətçi “İncə səhər” proqramında qonaq olarkən incikliyi bitirmək üçün addım atıb. 

“Bəturə xanım mənim dəyərli duet ortağımdır. Bir balaca məndən incikdir. Mən heç kimlə küsülü deyiləm. Arada söhbət yaratmağa çalışdılar. O da ola bilər ab-havaya düşdü. Mənim sevilən duet ortağım olub. Hüzur-sevgi dolu insanam. Kimdənsə incik, küskün deyiləm. Rusların sözü var, deyir, heç vaxt “heç vaxt” demə. Bu gün də gəlsə, mən onunla belə bir duet yaradaram”. Marqarita pizza

Daha sonra gənclər efirdə “Sənin xatirinə” mahnısını səsləndirib. Bu zaman kövrələn İbrahimov onlara qoşulub və illər sonra B. Hüseynova ilə duet mahnılarını oxuyub.

Qeyd edək ki, uzun illərdir qalmaqallı olan məşhurların arasındakı münasibətlər mahnıları trend olduqdan sonra daha da alovlanmışdı. 

Hətta S. İbrahimov efirlərdə bu mahnını səsləndirməkdən qaçırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!