Duman, çiskin, qar... - Sabahın havası açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Duman, çiskin, qar... - Sabahın havası açıqlandı

Sosial

01 Yanvar 2020 11:12 856


Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  8-12° isti, Bakıda  gecə 4-6° isti, gündüz  10-12° isti olacaq. pizza sifarişi

Atmosfer  təzyiqi normadan yüksək 762 mm  civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 % olacaq.   

Yanvarın 2-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə  yağış, dağlıq ərazilərdə qar  yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Gündüz arabir güclənən qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 0-5° isti, gündüz  7-12°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  1-6° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!