Duman olacaq, külək əsəcək - İstirahət günlərinin havası

saytların hazırlanması

Evə çatdırılma

Duman olacaq, külək əsəcək - İstirahət günlərinin havası

Sosial

29 Noyabr 2019 15:10 1065


İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a daxil olan məlumata görə, Böyük və Kiçik Qafqazda hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq. pizza hut

Lənkəran-Astara zonasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 10-14, dağlarda gecə 2-5, gündüz 5-7 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-6, gündüz 12-17 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4, gündüz 10-15 dərəcə isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-9, gündüz 11-14 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!