“Dünən deyirdi ki, sağalım, meyxana deyəcəyəm” - Ağamirzə

saytların hazırlanması

Evə çatdırılma

“Dünən deyirdi ki, sağalım, meyxana deyəcəyəm” - Ağamirzə

Şou

03 Dekabr 2024 23:46 868


Meyxanaçı Ağamirzə Məmmədov ötən gün vəfat edən həmkarı Xəyyam Əhmədlinin ölümündən bir neçə saat əvvəl onun yanında olub.

Yenisabah.az xəbər verir ki, bu barədə sənətçi "Gün ortası" verilişində danışıb. O, ziyarət zamanı xeyli zarafatlaşdıqlarını bildirib:

"Dünən günorta Xəyyamın yanında idim. 10-15 ilin xatirələrindən danışıb, xeyli zarafatlaşdıq, dedik-güldük. Hətta təklif etdim ki, meyxana deyək. Cavab verdi ki, "İnşallah, sağalım, meyxana deyəcəyəm". Hamımız şokdayıq. Gecəni yata bilmədim. Əsas deyirdi ki, ayağımda yara var. Neçə ildir ona əziyyət verirmiş. Nə bilim, həyatdır. Allah sevdiklərinə səbr versin". pizza mizza

Qeyd edək ki, Xəyyam uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib. Mərhum bu gün Əhmədli kənd qəbiristanlığında dəfn edilib./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!