Dünən şəhid xəbəri gələn əsgərimiz dəfn edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Dünən şəhid xəbəri gələn əsgərimiz dəfn edildi - Fotolar

Hadisə

11 Fevral 2021 18:14 1085


Vətən müharibəsində itkin düşmüş, dünən şəhid xəbəri gələn hərbçimiz 19 yaşlı Ağayev Əmirağa Mahir oğlu bu gün doğulduğu Şabran rayon şəhidlər xiyabanında torpağa tapşırılıb.

Yenisabah.az xəbər verir ki, Ə.Ağayev Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Şəhidin dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Şabran rayon Surra kənd sakini, 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğlu iyul ayında hərbi xidmətə yollanıb. Müharibə başlayan gündən döyüşlərdə iştirak edib. Ailəsi ilə son danışığı oktyabr ayının 11-də olub. Toyuqlu pizza

Şəhidin dəfnindən fotoları təqdim edirik:

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!