Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? –   Azərbaycanda maraqlı olay

saytların hazırlanması

Evə çatdırılma

Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? – Azərbaycanda maraqlı olay

Siyasət

07 May 2025 14:36 44116


Xəbər verdiyimiz kimi, dünən Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat naziri təyin edilib.

Bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qərar imzalayıb.

Bakupost.az xəbər verir ki, bu gün sosial şəbəkələrdə yayılan məlumatalara görə, Kazım Hüseynəliyevin nazir vəzifəsinin ömrü cəmi bir gün çəkib. Belə ki, Muxtar Respublika rəhbərliyinin bu təyinatdan narazı qaldığı və onun ləğvi barədə göstəriş verdiyi bildirilir. Qeyd olunur ki, Kazım Hüseynəliyevin nazir təyinatı ilə bağlı qərar da rəsmi resurslardan götürülüb. Toyuqlu pizza

Məlumatın nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, həqiqətən də Naxçıvan Ali Məclisinin https://alimajlis.gov.az/ saytının sərəncam, fərman və qərarlar bölmələrində Kazım Hüseynəliyevin nazir təyinatı ilə bağlı heç bir məlumat mövcud deyil. Buradakı əksər sənədlər aprel ayına aiddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aftandil
    Hər şey oyuncağa çevrilir.
    12 months ago