Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında noyabrın 21-də baş verən yanğında ölən Könül Vəlibəyli vaxtilə tanınmış yazıçı Qan Turalı ilə ailəli olub.
"Yeni Sabah" xəbər verir ki, o, yazıçının ikinci həyat yoldaşı idi.
Q.Turalı və K.Vəlibəyli bir neçə il əvvəl boşanıblar. pizza hut
Qeyd edək ki, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər ölüb. Onlardan biri Bakı Milli Geyim Evinin rəhbəri, 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızıdır (Könül Vəlibəyli).
Onun qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Aydan Hacı
Telegram kanalımız