Dünya azərbaycanlıları “YAŞAT“ Fonduna pul köçürəcək

saytların hazırlanması

Evə çatdırılma

Dünya azərbaycanlıları “YAŞAT“ Fonduna pul köçürəcək

İqtisadiyyat

08 Dekabr 2020 15:22 1247


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, “YAŞAT” Fondunun Himayəçilik Şurasında Türkiyədə yaşayan Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov və Danimarkada yaşayan Avropanın tanınmış nevroloqu Məsud Aşina da yer alır.

Diasporla İş üzrə Dövlət Komitəsi “YAŞAT” Fondunda dünya azərbaycanlılarını təmsil edən Cahangir Novruzov və Məsud Aşinaya təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Dominos pizza

Qeyd edək ki, Məsud Aşina Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. Avropa həkimləri arasında böyük nüfuza malik olan Məsud Aşina elmi fəaliyyətinə görə Lundbeck Fondunun 5,3 milyon avro məbləğində mükafatına layiq görülən yeganə azərbaycanlı həkimdir.

Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Cahangir Novruzov da zəngin yaradıcılıq fəaliyyətinə malikdir. O, Azərbaycanda və Rusiyada peşəkar təhsil alıb, bir çox ölkələrdə Azərbaycan teatrını layiqincə təmsil edib, Şəki Dövlət Dram Teatrının quruluşçu rejissoru, Musiqili Komediya teatrının baş rejissoru, Gənc Tamaşaçılar Teatrının rus bölməsinin baş rejissoru kimi teatr sənətinə böyük töhfələr verib.

C.Novruzov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki fәaliyyәtlәrinә görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!