Dünya Bankı Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

Dünya Bankı Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

İqtisadiyyat

31 Mart 2021 14:13 732


2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,8 faiz səviyyəsində proqnozlaşdırılır.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Dünya Bankının "Avropa və Mərkəzi Asiya iqtisadiyyatının icmalı" hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ötən il ölkə iqtisadiyyatı 4,3 faiz azalma nümayiş etdirmişdi. Dördpendirli pizza

Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun 2022-ci ildə 3,9 faiz, 2023-cü ildə 3,4 faiz artacağını proqnozlaşdırır.

Eyni zamanda Dünya Bankının hesabatına əsasən, Azərbaycanda 2021-ci ildə inflyasiya 3,9 faiz səviyyəsində proqnozlaşdırılır.

Proqnoza əsasən, Azərbaycanda inflyasiya 2022-ci ildə 3,2 faiz, 2023-cü ildə 3 faizədək azalacaq. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!