Dünya Bankı Azərbaycanda iqtisadi artıma dair proqnozlarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Dünya Bankı Azərbaycanda iqtisadi artıma dair proqnozlarını açıqladı

İqtisadiyyat

17 Fevral 2021 17:41 975


Dünya Bankı (WB) bu il Azərbaycan iqtisadiyyatının 1,9 %, gələn il isə 4,5 % artacağını proqnozlaşdırır.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənəddə həmçinin 2020-ci ildə Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionunda 2,5 % iqtisadi artım olacağı qeyd olunub: "Bu artım koronavirus (COVID-19) pandemiyasının zəifləməsi, Qarabağ münaqişəsinin həlli, istehlakçı və işgüzar inamın artması, həmçinin turizm sektorunun tədricən bərpası hesabına təmin olunacaq. Toyuqlu pizza

Neft qiymətləri sabitləşdikcə, iqtisadiyyat investisiya və yenidənqurma xərclərindən bəhrələndikcə Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənilir. Bundan başqa, Ermənistanla Azərbaycan arasındakı sülh bəyanatının bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcəyi gözlənilir”. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!