Səudiyyə Ərəbistanı dövlət şirkəti "Saudi Aramco"nun asiyalı alıcılar üçün qiyməti bahalaşması fonunda neft qiymətləri yenidən artır.
Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, Asiyaya tədarük edilən əsas “Arab Light” növünün dəyəri bir barel üçün 2,1 dollar artacaq.
Londonun "ICE Futures" birjasında avqust Brent neftinin fyuçersləri 0,89 dollar (0,74%) artaraq 1 barelə görə 120,61 dollar olub. pizza
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin iyul fyuçersləri 0,86 dollar (0,72%) artaraq 119,73 dollar/barelə qədər yüksəlib.
Ötən həftənin yekunu üzrə Brent markalı neftin qiyməti də 3,6% artıb.
Telegram kanalımız