Dünya bazarında neft qiymətləri artır

saytların hazırlanması

Evə çatdırılma

Dünya bazarında neft qiymətləri artır

İqtisadiyyat

08 Noyabr 2021 10:24 1182


Bazar ertəsi səhər dünya neft qiymətləri yüksəlir.

Yenisabah.az "Wall Street Journal"a istinadla xəbər verir ki, buna səbəb güclü tələbat və OPEC+ qərarıdır.

Hazırda Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,11% artaraq 83,66 dollar, WTI markalı neftin dekabr fyuçersləri 1,23% bahalaşaraq 82,27 dollara çatıb. Toyuqlu pizza

ANZ analitiklərinin məlumatına görə, Səudiyyə Ərəbistanının dövlət neft tədarükçüsü "Saudi Aramco" dekabr ayı üçün bütün regionlardakı müştəriləri üçün rəsmi satış qiymətlərini qaldırıb.

OPEC+ qərarına əsasən, hasilat planlaşdırılmış 400 min barel həcmində artırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!