Dünya çempionatı: Azərbaycan akrobatları qızıl medalların sayını 4-ə çatdırdılar

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Azərbaycan akrobatları qızıl medalların sayını 4-ə çatdırdılar

İdman

22 Sentyabr 2024 16:25 576


Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti qızıl medalı qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük qarışıq hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onlar ötən gün balans hərəkətlərdə birinci yeri tutublar. Dördpendirli pizza

Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq və balans hərəkətlərdə qızıl mükafata sahib çıxıb. Akrobatika yığmamız isə komanda hesabında ikinci sırada qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!