Dünya çempionatı: Azərbaycan cüdoçuları medal sıralamasında birinci oldular

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Azərbaycan cüdoçuları medal sıralamasında birinci oldular

İdman

26 Avqust 2023 21:02 648


Azərbaycanın yeniyetmə cüdoçuları Xorvartiyada keçirilən dünya çempionatında fərdi yarışları medal sıralamasına görə birinci pillədə başa vurublar.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma üzvləri turnirdə 8 mükafat qazanıblar.

Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər. Toyuqlu pizza

Yaponiya millisi 2 qızıl və 1 gümüş medalla ikinci sıradadır. Azərbaycan kollektivi mükafatların sayına görə lider olub.

Qeyd edək ki, avqustun 27-də komandalararası yarış baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!