Dünya çempionatı: Azərbaycan minifutbol millisi 1/4 finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Azərbaycan minifutbol millisi 1/4 finala yüksəldi

İdman

01 Noyabr 2023 20:01 945


Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib.

“Report”un məlumatına görə, yığma 1/8 final mərhələsində Portuqaliyaya qalib gəlib.

G qrupunda keçirdiyi hər üç görüşdə qələbə qazanan Elşad Quliyevin yetirmələri rəqibini 3:0 hesabı ilə üstələyərək, uğurlu seriyanı davam etdiriblər. Komandamızın heyətində 30-cu dəqiqədə Mirmehdi Rzayev, 46-cı dəqiqədə Elvin Əlizadə, 49-cu dəqiqədə isə Rəvan Kərimov fərqləniblər. Dominos pizza

Millimiz 1/4 finalda Bolqarıstan - İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda matç noyabrın 2-də olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!