Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal qazanıb, digəri finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal qazanıb, digəri finala yüksəldi

İdman

26 Oktyabr 2023 20:59 945


Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə hindistanlı Nilam Nilama qalib gəlib.

Bu gün mübarizəyə qoşulmuş Jalə Əliyeva (57 kq) isə finala vəsiqə qazanıb. Toyuqlu pizza

Əsmər Cankurtaran (53 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) əvvəlki raundlarda uduzublar.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq), Vaxit Qalayev (125 kq) bürünc mükafata sahib olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!