Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu fərdi yarışı medalsız başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu fərdi yarışı medalsız başa vurdu

İdman

15 İyun 2025 19:26 505


Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında medal qazana bilməyib.

Yenisabah.az xəbər verir ki, Fidan Əlizadə (57 kq) 1/16 final mərhələsində Maritsa Perişiçə uduzub.

Rəşid Məhəmmədəliyev ilk raundda Kazbek Naquçevi (BƏƏ) mübarizədən kənarlaşdırıb, ardınca 1/8 finalda Laşa Şavdatuaşvilidən güclü olub. O, 1/4 finalda Baysanqur Baqayevə (Serbiya), təsəlliverici qarşılaşmada isə yapon Tatsuki İşiharaya məğlub olub. Dominos pizza

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!