Dünya çempionatı: Azərbaycanın iki güləşçisi yarımfinala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi yarımfinala yüksəldi

İdman

21 Avqust 2021 14:28 1121


Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Yenisabah.az xəbər verir ki, altıncı yarış günündə Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli Vikas Vikas (Hindistan) və Firuz Mirzərəcəbova (Tacikistan) qalib gələrək yarımfinala yüksəlib. Həsrət Cəfərov (67 kq) Nestori Mannila (Finlandiya), Luka Oçiqava (Gürcüstan) və Muslim İmadayevə (Rusiya) gücünü göstərərək yarımfinala adlayıb. Toyuqlu pizza

72 kq-dakı Xasay Həsənli Mixael Portmanı (İsveçrə) məğlub etsə də, Giorgi Çixikvadze (Gürcüstan) ilə bacarmayıb. Murad Əhmədəliyev (82 kq) isə ilk görüşdə Saba Mamaladzeyə (Gürcüstan) uduzub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!