Dünya çempionatı: İki cüdoçumuz mübarizəni erkən dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: İki cüdoçumuz mübarizəni erkən dayandırdı

İdman

14 İyun 2025 19:30 432


Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycanın daha iki idmançısı mübarizəyə qoşulub.

Yenisabah.az xəbər verir ki, yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) tatamiyə çıxıblar.

Hər iki cüdoçu erkən mərhələdə mübarizəni dayandırıb - R.Paşayev 1/8 finalda, G.Məmmədəliyeva isə 1/32 finalda rəqiblərinə məğlub olublar. Marqarita pizza

Xatırladaq ki, bir gün əvvəl də Azərbaycanın üç cüdoçusu yarışa qatılmış, lakin mükafatçılar sırasına düşə bilməmişdi.

Ümumilikdə dünya çempionatında Azərbaycanı fərdi yarışlarda 13 cüdoçu (9 kişi, 4 qadın) təmsil edir. Milli komanda həmçinin qarışıq komanda yarışında da gücünü sınayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!