Dünya çempionatında çıxış edəcək Azərbaycan güləşçiləri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatında çıxış edəcək Azərbaycan güləşçiləri məlum oldu

İdman

29 İyul 2023 15:25 934


İyulun 31-dən avqustun 6-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, yarışın ilk günlərində yunan-Roma güləşçilərimiz çıxış edəcəklər. Heyətdə Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Tural Əhmədov (55 kq), Roman Kərimov (60 kq), Yusif Əhmədli (65 kq), Cavad Məmmədov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) yer alıblar.

Daha sonra qadın güləşi üzrə mübarizə baş tutacaq. Səadət Quliyeva (43 kq), Ruzanna Məmmədova (53 kq), Günay Qurbanova (57 kq) və Zəhra Kərimzadə (69 kq) uğur qazanmağa çalışacaqlar. Marqarita pizza

DÇ-nin son günlərində isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Sədrəddin Həsənov (51 kq), Tural Əliyev (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), İsmayıl Əsədli (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) ölkəmizi təmsil edəcəklər.

"Başakşehir" İdman Kompleksində keçiriləcək yarışda görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

Dünya çempionatında 1-ci dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!