Dünya çempionatında iştirak edəcək güləşçilərimiz   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI

İdman

01 Oktyabr 2021 23:53 1339


Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək.

Güləş Federasiyasından Yenisabah.az-a verilən məlumata görə yarışda iştirak edəcək yunan-Roma güləşi üzrə millimizin dünya çempionatında iştirak edəcək heyəti açıqlanıb. Belə ki, heyətə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelakinin (130 kq) adı salınıb.

Həsrət Cəfərov, Ülvü Qənizadə və Murad Lokyayev ilk dəfə böyüklərin dünya çempionatında iştirak edəcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!