Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdılar - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdılar - FOTOLAR 

İdman

01 Noyabr 2023 13:00 1027


Gürcüstanın Tiflis şəhərində keçirilmiş yarışda uğurlu çıxış edən universal döyüş növləri üzrə dünya çempionatında güləş üzrə yarışan millimiz bu gün vətənə qayıdıb. 

Yenisabah.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, ölkəmizi Dünya Çempionatında 28 idmançı təmsil edib.  pizza

Oktyabrın 26-31-i tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Universal döyüş idman növünün Güləş versiyası üzrə Dünya Çempionatında Azərbaycan 28 idmançı ilə təmsil olunub. Universal döyüş federasiyasının prezidenti Azər Həsənovun rəhbərlik etdiyi komanda yeniyetmələr, gənclər və böyük yaş kateqoriyalarında güclərini sınayıblar. 

35 ölkədən güləşçilərin qatıldığı yarışda yeniyetmə idmançılarımız 1 qızıl, 3 gümüş, 2 bürünc, gənc güləşçilərimiz 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər. 

Böyük yaş qrupunda çıxış edən idmançılarımız isə Vətənə 1 qızıl, 2 gümüş, 3 bürünc medulla qayıdıblar. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!