Azərbaycan güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.
Yenisabah.az xəbər verir ki, 79 kq-da Əşrəf Aşırov qızıl medal uğrunda iranlı Məhəmməd Noxodilarimi ilə qüvvəsini sınayıb. Yekunda 5:7 hesabı ilə məğlub olan Aşırov dünya ikincisi olub.
Xatıladaq ki, buna qədər 70 kq-da yarışan Cəbrayıl Hacıyev də finalda iranlı rəqibinə 5:6 İrfan hesabı ilə uduzmuşdu. pizza hut
Həmçinin, 65 kq çəki dərəcəsində çıxış edən Zirəddin Bayramov final görüşündə rusiyalı Şamil Məmmədov ilə qarşılaşıb. İlk xalı Bayramov qazansa da, yekunda 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, 57 kq-dakı Nurəddin Novruzov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Assiljan Yessengeldiyə 6:12 hesabı ilə məğlub olaraq, medalsız qalıb.
Telegram kanalımız