Dünya çempionu özünü öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionu özünü öldürdü

İdman

18 İyul 2020 20:12 1630


Rusiyalı məhşur idmançı, gənclər arasında fiqurlu konkisürmə üzrə dünya çempionu Yekaterina Aleksandrovskaya canına qəsd edib. 

Yenisabah.az xəbər verir ki, 20 yaşlı dünya çempionu Moskvadakı mənzilinin pəncərəsindən, 6-cı mərtəbədən özünü ataraq intihar edib.

Gənc çempionun ölümü haqda ilkin versiyada onun psixoloji düşkünlükdən, depressiyadan əziyyət çəkdiyi göstərilir. Yekaterina intihardan qabaq vida məktubu da qoyub. Məktubunda o, yalnız bir söz yazıb: "Sevirəm". Pepperoni pizza

Meyitin tibbi ekspertizası zamanı rusiyalı çempionun həddindən artıq alkoqollu içki qəbul etdiyi üzə çıxıb.

Yekaterina bundan bir neçə il öncə də intihara cəhd etmişdi. O, bir müddət idi ki, aldığı zədələrə görə beynəlxalq yarışlarda iştirak edə bilmirdi, buz meydanına çıxmaqdan məhrum olmuşdu. 

Yekaterina Aleksandrovskaya iki ölkənin - Rusiya və Avstraliyanın vətəndaşıdır. O, çempionatlarda öncə vətəni Rusiyanı təmsil edib, daha sonra vətəndaşlıq aldığı Avstraliya yığmasında çıxış etməyə başlayıb, Harli Uindzorla birlikdə 2016-cı ildə dünya çempionatının qalibi olub.  /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!