Beynəlxalq Şahmat Federasiyası norveçli dünya çempionu Maqnus Karlseni cəzalandırıb.
Yenisabah.az xəbər verir ki, buna səbəb onun Nyu-Yorkda keçirilən rapid şahmat və blits üzrə dünya çempionatında onun geyim qaydalarını pozması olub.
Karlsen turnirə cins şalvarla qatılıb. Baş hakim qrosmeysterə qayda pozuntusu haqda məlumat verərək 200 dollar cərimə təyin edib və ondan paltarını dəyişməsini istəyib. Karlsen isə bundan imtina edib. Nəticədə o, dünya çempioatından kənarlaşdırılıb. Sezar pizza
Karlsen FIDE-nin bu qərarına etiraz edib: "FIDE-dən çox yorulmuşam. Yetər. Artıq onlarla işimin olmağını istəmirəm. Tamaşaçılardan üzr istəyirəm. Bu, axmaq prinsip kimi görünə bilər, amma mən bunun gülməli olduğunu düşünmürəm”.
Telegram kanalımız