2020-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ildə olacaq.
Yenisabah.az xəbər verir ki,bu barədə Beynəlxalq Gimnastika Federasiyası qərar verib.
Bütün dünya çempionatlarının növbəti ildə keçiriləcəyi və bu yarışların tarixinin yenidən planlaşdırılması üçün təşkilatçı federasiyalarla əlaqə saxlanıldığı bildirilib. Pepperoni pizza
Qeyd edək ki, Bakıdakı dünya çempionatı 14 - 16 mayda nəzərdə tutulmuşdu. Yarış koronavirus pandemiyasına görə təxirə salınıb.
Telegram kanalımız