Dünya Çini məşhər ayağına çəkir – Koronavirusla bağlı müstəqil təhqiqat başlayır

saytların hazırlanması

Evə çatdırılma

Dünya Çini məşhər ayağına çəkir – Koronavirusla bağlı müstəqil təhqiqat başlayır

Dünya

19 May 2020 11:40 1268


Koronavirus pandemiyası ilə bağlı müstəqil təhqiqat aparılmasını istəyən ölkələrin sayı getdikcə artır.

Yenisabah.az xəbər verir ki, artıq Rusiya da həmin ölkələrin sırasına qatılıb. Beləliklə, müstəqil təhqiqat aparılmasını istəyən ölkələrin sayı 100-ə çatıb. 

Bu təşəbbüslə ilk olaraq Avstraliya çıxış edib. Lakin Çin Avstraliyanın təşəbbüsünü dəstəkləməyib. Çünki bu ölkə koronavirusun ilk mənbəyi kimi Çinin sorğuya çəkilməsini istəyir. Çinə veriləcək suallar isə virusun haradan qaynaqlandığı, Pekinin bununla bağlı davranışları, məlumatların nə qədərini paylaşdığı barədədir.  Dördpendirli pizza

Hələ pandemiyanın ilk günlərində ABŞ baş verənlərə görə Çini ittiham edib. Daha sonra məlumat yayıldı ki, koronavirus Çinin Uhan şəhərində fəaliyyət göstrərən hərbi laboratoriyaların birindən yayılıb. Laboratoriyanın xanım əməkdaşlarından biri virusa yoluxub. İkinci yoluxan şəxs isə onun həyat yoldaşı olub. Onun Uhandakı bazara getməsi isə kütləvi yoluxmanı şərtləndirib. Çinin bu səbəbdən virus barədə məlumatları gizlətdiyini, bu məsələdə hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə hərəkət etdiyi barədə iddialar var. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ü ittiham etmiş və artıq bu təşkilata yardım edilməyəcəyini bildirmişdi. 

Ekspertlərin fikrincə, müstəqil təhqiqatın nəticələri Çinin əleyhinə olacağı təqdirdə Pekinə qarşı təzminat məsələsi daha da ciddiləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!