Dünya ölkələrinin pandemiya ilə mübarizə apardığı dövrdə bəzi dövlətlərdə həyat yenidən əvvəlki vəziyyətinə qayıdır. Belə ölkələrdən biri də Yeni Zelandiyadır.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya başlayan zaman ölkə bütün avireysləri dayandırdı, bir çox məhdudiyyətlər və karantin rejimi tətbiq etdi. Bu səbəblə də tez bir zamanda pandemiyaya qalib gəldi desək yanılmarıq.
Bunu dünən ölkədə təşkil edilən geniş miqyaslı konsert proqramı da təsdiq edib. Ölkədə, sosial məsafə, maska kimi izolyasiya qaydalarının əməl edilmədiyi və 50 min insanın qatıldığı böyük musiqili proqram təşkil edilib. Konsertə gələn sakinlərdən biri "İnsan olaraq bir yerə toplaşmağa və bir yerdə mahnı oxumağa ehtiyacımız var. Uzun müddətdən sonra keçirilən bu konsert hər birimizi sevindirdi" - deyə, bildirib. pizza sifarişi
Qeyd edək ki, son sutkada Yeni Zelandiyada koronavirusa sadəcə 1 yoluxma faktı qeydə alınıb.
XƏBƏR LENTİ
Türkiyədə bu günə olan yoluxma sayı
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
/Axsam.az
Telegram kanalımız







