“Dünya koronavirusla mübarizə üçün ən az 100 milyard dollar xərcləməlidir” - ÜST

saytların hazırlanması

Evə çatdırılma

“Dünya koronavirusla mübarizə üçün ən az 100 milyard dollar xərcləməlidir” - ÜST

Dünya

14 Avqust 2020 11:03 638


Rusiya prezidenti Vladimir Putinin koronavirus vaksininin hazır olduğu ilə əlaqədar şad xəbər verməsindən sonra ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) diqqət çəkən açıqlama verib.

Yenisabah.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Qebreyesus Cenevredə yerləşən mərkəzdə onlayn videokonfrans təşkil edib. Konfrans zamanı o,  virusla mübarizədə istifadə ediləcək vasitələr üçün dünyanın ən az 100 milyard dollar xərcləməli olduğunu vurğulayıb:

"G20 ölkələri virusla mübarizədə 10 trilyon dollar xərcləyib. Beynəlxalq Valyuta Fondu epidemiyanın qlobal iqtisadiyyata ayda 375 milyard dollara başa gələcəyini və qlobal iqtisadiyyatın 2 ildə 12 trilyon dollardan çox zərər görəcəyini təxmin edir". pizza

Baş direktor koronavirusla mübarizədə dünyanın alternativ bir neçə vaksinə ehtiyac duyduğunu da xüsusi vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!