Dünya Kuboku: Nicat Abasov karyerasında ilk dəfə 1/8 finalda

saytların hazırlanması

Evə çatdırılma

Dünya Kuboku: Nicat Abasov karyerasında ilk dəfə 1/8 finalda

İdman

11 Avqust 2023 19:44 1536


Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/16 final mərhələsinin tay-brek görüşləri keçirilir.

Yenisabah.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla karyerasında ilk dəfə Dünya Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Tərəflər arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsində N.Abbasov qalib gələrək növbəti raunda adlayıb. pizza

Qeyd edək ki, Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları sabah baş tutacaq. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!