Demokratların namizədi Co Baydenin prezident seçkilərində qalib olmasından sonra bir çox dünya lideri onu təbrik edib.
Yenisabah.az xəbər verir ki, təbrik edənlər arasında İngiltərənin Baş naziri Boris Conson və İsrailin Baş naziri Benjamin Netanyahu olduğu halda, bəzi liderlər hələ də təbrik etməyib.
Məsələn, Meksika prezidenti Andres Manuel Lopez Obrador Baydeni təbrik etməyin hələ tez olduğunu və ABŞ seçkilərindəki bütün hüquqi məsələlərin həll olunmasını gözlədiyini bildirib. pizza sifarişi
Co Baydeni hələ də təbrik etməyən digər dünya liderləri isə aşağıdakılardır:
1.Prezident İlham Əliyev
2.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
3.Rusiya Prezidenti Vladimir Putin
4.Braziliya Prezidenti Jair Bolsonaro
5.Macarıstan Baş naziri Viktor Orban
6.Çin Prezidenti Si Tsinpin
7.Şimali Koreya Prezidenti Kim Çen İn
Telegram kanalımız