Dünya miqyasında dollar milyarderlərinin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Dünya miqyasında dollar milyarderlərinin sayı artdı

Dünya

04 Dekabr 2025 20:54 775


Dünya üzrə dollar milyarderlərinin sayı 2025-ci ilin aprel ayı üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 287 nəfər artıb.

Oxu.Az bildirir ki, bu barədə məlumat İsveçrənin UBS bankının araşdırmasında yer alır.

Analitiklərin məlumatına görə, bu, dünyada 416 yeni dollar milyarderinin peyda olduğu 2021-ci il istisna olmaqla araşdırmanın aparıldığı bütün müddət ərzində ən böyük artımdır. Hazırda dünyada 2 919 milyarder var ki, onlardan 2 545-i kişi, 374-ü qadındır. Onların ümumi sərvəti il ​​ərzində 13% artaraq 15.8 trilyon dollara çatıb. Dominos pizza

UBS-nin məlumatına görə, ən çox dollar milyarderi ABŞ-də yaşayır (924). İkinci yerdə Asiya-Sakit okean regionu, ardınca Avropa, Yaxın Şərq və Afrika gəlir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!