“Dünya müflis olmaq həddinə çatıb“ - İqtisadçıdan bədbin   PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

“Dünya müflis olmaq həddinə çatıb“ - İqtisadçıdan bədbin PROQNOZ

İqtisadiyyat

23 Noyabr 2020 18:15 1387


“Dünya ölkələrinin borc yükü 272 trilyon dollara çatıb, bu da dünyanın 1 ildə yaratdığı ÜDM-in 364%-dir”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, bu, faciəvi durumdur:

“Dünya Bankını və BVF-nin kriterlərinə görə hər hansı bir ölkənin borcu ÜDM-nin 80%-nə çatırsa, bu ciddi təhlükə deməkdir, 100%-ni keçirsə, bu artıq müflisləşməyə yol açan durum sayılır. Məsələn, Yunanıstanın müflisləşməsi zamanı borcu ÜDM-nin 180%-nə çatmışdı, AB ölkələri, əsasən də Almaniya kömək etməsəydi, Yunanıstan düşdüyü durumdan çıxa bilməzdi və müflis elan ediləcəkdi”. pizza hut

Ekspert bildirib  ki, dünya müflislik səviyyəsinə çatıb, borclar silinməli, kimlərsə dünyada bankrot elan edilməlidir:

“Təəssüf ki, belə böyük borc yükünü müharibələrsiz (regional, geniş) silmək mümkün olmayacaq, ümumiyyətlə, dünyada yığılan və açılması mümkün olmayan düyünlər var, onlar da geniş müharibə olmadan çözülməyəcək. Beləliklə, hər bir gedişata hazır olmalı, güclü, hüquqi dövlət qurmalıyıq, çünki başqa yol yoxdur. Dünyanın "çivisi çıxıb", ədalət hüququn yox, gücün yanına keçib, indiki  durumda zəiflərin ayaqlar altında qalması ehtimalı çox güclüdür. Necə deyərlər, ağır günlər bitir, indi bizi daha ağır günlər-illər gözləyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!