Dünya od tutub yanır: Tarixin ən isti günü qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

Dünya od tutub yanır: Tarixin ən isti günü qeydə alındı

Maraqlı

23 İyul 2024 21:39 3183


İyulun 21-i dünyanın ən isti günü olub.

Yenisabah.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Avropa Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, iyulun 21-də səth havasının orta temperaturu rekord göstəricini cəmi 0,1°C üstələyərək 17,09°C-yə çatıb. Dominos pizza

Bundan əvvəl Avropa Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) mütəxəssisləri 2024-cü ilin aprelinin Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olduğunu bildirmişdilər.

C3S-in məlumatına görə, keçən ay qlobal temperaturlar tarixi orta göstəricilərdən 1,58°C yuxarı olub.

Bundan əlavə, son 12 ay ərzində Yer kürəsində temperatur sənayedən əvvəlki səviyyədən 1,61°C yuxarı qalxaraq təhlükəsiz istiləşmə həddini 1,5°C keçib.

C3S hesablamaları aylıq və mövsümi proqnozlar hazırlamaq üçün dünya üzrə peyklərdən, təyyarələrdən, gəmilərdən və hava stansiyalarından alınan ölçmələrə əsaslanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!