Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində Konotop şəhərində çəkilən görüntülər qan dondurub.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Konotop şəhərində çəkilən görüntülər beynəlxalq ictimaiyyətdə narahatlıq yaradıb. Belə ki, “Twitter”də paylaşılan videoda Rusiya hərbçilərinin bölgədə yaşayan ukraynalıların təslim olması üçün çıxış etdiyi görünür. Lakin ukraynalıların hərbçilərə etirazından sonra bir rus əsgəri hərəkəti ilə hər kəsi təəccübləndirib.
Hər əlinə bir əl qumbarası alan əsgər onları qaldırıb camaatın içinə doğru irəliləyib. Buna baxmayaraq, xalq rus əsgərinə qışqırır, bəzi ukraynalılar isə təslim olmaqdansa, döyüşməyi üstün tutduqlarını deyirlər. Dördpendirli pizza
Sosial mediada paylaşılan videodan sonra Konotop rəsmiləri mübarizəni davam etdirəcəklərini bildirib və ictimaiyyətdən onlara dəstək istəyiblər.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız