“Barselona”nın türk əsilli alman ulduzu İlkay Gündoğan “Qalatasaray”a transfer ola bilər. Kataloniya klubunda gələcək aqibəti naməlum olan İlkay İstanbul nəhənginə “yaşıl işıq” yandırıb.
Yenisabah.az xəbər verir ki, hazırda 33 yaşlı yarımmüdafiəçi üçün iki Türkiyə klubu mübarizə aparır. “Qalatasaray”dan başqa futbolçunu “Fənərbaxça” klubu da istəyir.
Qeyd edək ki, İlkay Gündoğan Almaniya millisinin kapitanıdır. O, daha öncə “Borussiya Dortmund”, “Mançester Siti” kimi klublarda uğurlu çıxışları ilə yadda qalıb. Toyuqlu pizza
Telegram kanalımız