Dünya üzrə 100 nüfuzlu qadından biri

saytların hazırlanması

Evə çatdırılma

Dünya üzrə 100 nüfuzlu qadından biri

Sosial

13 İyun 2019 10:13 1195


Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNİSEF-in birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində layihəyə cəlb olunmuş müəllimlər üçün “Təlimçilərin Təlimi” keçirilib. Ümumilikdə 14 ümumi təhsil məktəbində çalışan 19 nəfər müəllim sözügedən təlimdə iştirak edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə BŞTİ-nin 2018-2019-cu il statistikasında məlumat verilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin İngilis dili müəllimləri üçün “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Beynəlxalq Aptist İmtahanları keçirilib. İmtahanlarda layihənin tətbiq edildiyi 74 ümumi təhsil məktəbindən 600 nəfər İngilis dili müəllimi və 400 nəfər paytaxt məktəblisi iştirak edib. pizza sifarişi

Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilib. Hazırda BŞTİ-nin tabeliyindəki 260 ümumi təhsil məktəbində  “Kiçik Akademiya” fəaliyyət göstərir.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Müsabiqənin ölkə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini təmsil edən 8 şagirddən 5-i qalib olub. 

“Sabahın alimləri” Müsabiqəsinə təqdim edilən innovativ və yaradıcı layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Müsabiqədə ümumilikdə 187 layihə qalib seçilib. Qalib layihələrdən 45-i Bakını əhatə edir. Həmin layihələrdən 2-si I yerə, 5-i II yerə, 5-i isə III yerə layiq görülüb. 

“Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva və 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək imkanı əldə ediblər.

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun  gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir.

Qeyd edək ki, R.Camalova beynəlxalq uğurları ilə bərabər “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. O, müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.

Bu uğuruna görə R.Camalova 12 – 17 may 2019 – cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı əldə edib.

R.Camalova müsabiqədə əldə etdiyi bu nailiyyəti Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Zəhra Qasımzadə ilə birlikdə hazırladığı layihəyə görə qazanıb. 

R.Camalova həmçinin, 4-5 aprel 2019-cu il tarixində Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!